|
|
|
|

İsrail Müdafiə Qüvvələri Livandan olan şiə Hizbullah hərəkatının radikalları tərəfindən yəhudi dövlətinin mərkəzi hissəsindəki “strateji hədəfə” atılan bütün pilotsuz təyyarələri ələ keçirib.
525.az APA-ya istinadən xəbər verir ki, bu bəyanatla İsrailin Baş naziri Benyamin Netanyahu çıxış edib.
Məlumata görə, Hizbullah Təl-Əvivdəki hökumət binalarını hədəf alıbmış.
Baş nazir bildirib ki, bu gün səhər tezdən Hizbullah İsrail dövlətinə raket və pilotsuz təyyarələrlə hücum etməyə cəhd edib:
“Biz İsrail ordusuna təhlükəni aradan qaldırmaq üçün qabaqlayıcı güclü zərbə endirməyi tapşırmışıq”.



