|
|
|
|

Fransa prezidenti Emmanuel Makron teleqram messencerinin həmtəsisçisi Pavel Durovun Parisdə saxlanılmasına münasibət bildirib.
525.az xəbər verir ki, Makron qeyd edib ki, Durovun həbsi siyasi xarakter daşımır.
“Teleqramın rəhbərinin Fransa ərazisində saxlanılması davam edən istintaq çərçivəsindədir. Bu, heç bir halda siyasi qərar deyil. Qərarı (bu halda) hakimlər verməlidir”, - deyə Fransa prezidenti “X” sosial şəbəkəsində yazıb.
Qeyd edək ki, teleqramın təsisçisi Pavel Durov Fransanın "Le Burje" hava limanında saxlanılıb. Durov bir sıra cinayətlərdə, o cümlədən, terrorizm, narkotik qaçaqmalçılığı, fırıldaqçılıq, çirkli pulların yuyulması, oğurlanmış malların idarə edilməsində ittiham oluna bilər.
Xatırladaq ki, 2021-ci ilin fevralında Durov Birləşmiş Ərəb Əmirlikləri vətəndaşlığını, avqustda isə Fransa vətəndaşlığını alıb.
Ibrahim Cəfərov



