|
|
|
|

Çinin hərbi təyyarəsi Yaponiyanın hava məkanını pozub.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, insident bu gün yerli vaxtla 11:29-da (Bakı vaxtı ilə 06:29) baş verib.
Belə ki, Çinə məxsus Y-9 təyyarəsi Dandze adası ərazisinə daxil olub. Dərhal Yaponiya Özünümüdafiə Qüvvələrinin qırıcıları havaya qaldırılıb. Çin təyyarəsi 2 dəqiqədən sonra Yaponiyanın hava məkanını tərk edib.
Yaponiyanın Xarici İşlər Nazirliyinin yaydığı məlumatda bildirilir ki, insidentlə bağlı Çin Xalq Respublikasının müvəqqəti işlər vəkili dərhal nazirliyə çağırılıb. Yaponiyanın Xarici İşlər Nazirliyinin rəsmisi Masataka Okano qarşı tərəfə etirazını bildirib və gələcəkdə oxşar hadisələrin baş verməməsi üçün tədbirlərin görülməsini tələb edib.
İbrahim Cəfərov



