|
|
|
|

Rusiyanın "NordStar" aviaşirkətinə məxsus təyyarənin uçuş zamanı yer səthi ilə toqquşma barədə xəbərdarlıq siqnalı texniki nasazlıq üzündən işə düşüb.
525.az Rusiya mətbuatına istinadən xəbər verir ki, hadisə Soçi-Ufa marşrutu üzrə hərəkət edən "Boeing 737-800" təyyarəsində baş verib.
Xəbərdarlıq siqnalı təyyarə havaya qalxandan az sonra işə düşüb. Bunu texniki nasazlıq olduğuna əmin olan pilot qəza enişinə ehtiyac durmayıb və sərnişinləri mənzilbaşına problemsiz çatdırıb.
Maraqlıdır ki, bundan cəmi 1 gün əvvəl "NordStar"ın Krasnoyarskdan Soçiyə uçan eyni markalı, amma başqa təyyarəsində də hərəkət zamanı texniki nasazlıq üzə çıxmışdı. Belə ki, təyyarənin idarəetmə sistemində problem yaranmışdı. Yenə də pilotların peşəkarlığı sayəsində təyyarəni Soçi hava limanına qəzasız endirmək mümkün olmuşdu.
L.Tağıyeva



