|
|
|
|

Moldova prezidenti Maya Sandu avqustun 27-də ölkəsinin müstəqillik günü münasibətilə keçiriləcək tədbirdə iştirak edə bilməyəcək.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Prezident Adminstrasiyasının rəhbəri Adrian Belutsel "Telegram" hesabında yazıb.
Prezidentin tədbirdən kənar qalmasının səbəbi onun COVİD-19 virusuna yoluxmasıdır.
Maya Sandunun özünü yaxşı hiss etdiyini və evdən işlədiyini bildirən Adrian Belutsel tədbirin əvvəlcədən planlaşdırıldığı formada keçiriləcəyini də yazıb.
Qeyd edək ki, Moldova Respublikası 1991-ci il avqustun 27-də müstəqilliyini elan edib.
L.Tağıyeva



