|
|
|
|

Fransanın İtaliya ilə sərhədində yerləşən Mont Blan dağına çıxan iki ispaniyalı alpinist 350 metr hündürlükdən yıxılaraq ölüb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Fransanın Yuxarı Savoya əyalətindəki dağda baş verib.
Səlahiyyətlilər, 26 və 27 yaşlı iki ispan alpinistin Mont Blan zirvəsinə qalxarkən 350 metrdən yıxıldığını açıqlayıb.
Helikopterlə hadisə yerinə gələn axtarış-xilasetmə əməkdaşları eniş zamanı qayanı kəndirləri ilə sınamaq istəyərkən yıxılan iki alpinistin cəsədini aşkar ediblər.
Qəzadan sağ çıxan digər alpinist xəstəxanaya yerləşdirilib.
Qeyd edək ki, qəza ilə bağlı araşdırmalara başlanılıb.
Malik Atilay



