|
|
|
|

“Telegram” platformasının təsisçisi Pavel Durovun Fransada həbsi özbaşınalıqdır. Vətəndaşların hüquqları var və bu hüquqlar qorunmalıdır.
525.az xarici mətbuata istinadən xəbər verir ki, bunu Almaniyadan olan politoloq Eyk Hamer deyib.
O bildirib ki, şəxsi həbs etməzdən əvvəl məhkəmə iclası olmalıdır, bu normaldır, Durov məsələsində isə bu, baş verməyib. Vəziyyət onu göstərir ki, Fransada özbaşınalıq baş alıb gedir.
Politoloq düşünür ki, Durov cinayət törətməyib, sadəcə olaraq Avropa İttifaqının və ABŞ-ın cinayətkar maxinasiyalarına uymayıb, onların əleyhinə danışıb: “Durov bəyan edib ki, nə qədər ki, insanlar qanunsuz heç bir iş görmürlər, şərhləri silməyə ehtiyac yoxdur. Rəylərə bu cür senzuranın tətbiqi çox baha başa gəlir və “WhatsApp” bunun üçün ciddi məbləğ ödəyir. Eyni zamanda, demək olar ki, bütün Aİ ölkələrinin əsas qanunları ilə fikrin senzura altına alınması tamamilə istisna edilir. Hamı deyir ki, söz azadlığını qorumaq lazımdır, amma biz burada tam ziddiyyət görürük. Fransanın işlək hüquq sisteminin olub-olmaması bilinmir. Əgər Fransanın artıq işlək bir hüquq sistemi olmadığı ortaya çıxsa, investorlar və turistlər üçün nəticələr çox ciddi olacaq".
Dörd pasportu olan Durovun mümkün ekstradisiyasından danışan politoloq belə halları başa düşmədiyini, amma istənilən halda onun qanunsuz heç bir iş görmədiyini söyləyib: “Fransada müəyyən dərəcədə özbaşınalıq hökm sürür və əgər bu ölkə artıq qanuna və ədalətə hörmət etmirsə, o zaman ekstradisiya tələbləri heç bir nəticə verməyəcək. Əgər insanlar Fransanı hüquq dövləti kimi qəbul etməyi dayandırsalar, Aİ-nin mühüm sütunu dağılacaq. Məncə, əsas problem budur”.
Pərvanə Sultanova



