|
|
|
|

San-Paulu ştatında meşələrdə kütləvi yanğınların səbəbkarları müəyyən olunub.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ştatın qubernatoru Tarsisio de Freytas məlumat verib.
Yanğınlar flora və faunaya ciddi zərər vurmaqla yanaşı 10-dan çox yaşayış məntəqəsinin tüstüyə bələnməsinə səbəb olub.
Həbs edilənlərdən biri 42 yaşlı avtomexanikdi. Hərbi polis onu saxlayarkən üzərindən benzin olan şüşə qab aşkarlayıb. Bundan başqa San-Paulu vətəndaşı olan həmin şəxsin mobil telefonunda yanğın törətdiklərini əks etdirən videogörüntülər də üzə çıxıb.
Xatırladaq ki, meşə yanğınları üzündən hələ ötən şənbə San-Paulu ştatında fövqəladə vəziyyət elan edilmişdi. Ştatın 45 əyalətində yanğın faktı qeydə alınmış, dərslər, idman yarışları və digər kütləvi tədbirlər təxirə salınmışdı. Yanğınla mübarizəyə silahlı qüvvələrin heyəti, o cümlədən təyyarə və helikopterlər cəlb edilmişdi. Havadan çəkilişlə ümumilikdə 2621 nöqtədə yanğın qeydə alınmışdı.
L.Tağıyeva



