|
|
|
|

Uruqvay "Nasyonal"ının yarımmüdafiəçisi Xuan İskyerdo 27 yaşında dünyasını dəyişib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Xuan İskyerdo avqustun 22-də Libertadores Kuboku uğrunda Braziliyanın "San-Paulu" komandası ilə oyunun 84-cü dəqiqəsində huşunu itirmişdi. Həkimlər dərhal xəstəxanaya yerləşdirilən futbolçunun ürək aritmiyasından əziyyət çəkdiyini müəyyənləşdirmişdilər. Bundan başqa onun beyindaxili təzyiqinin də yüksək olduğu bildirilirdi.
Qeyd edək ki, mərhum ötən ildən "Nasyonal"da çıxış edirdi. Buna kimi o, ölkəsinin "Liverpul", "Montevideo", "Atletiko San-Luis", "Penyarol" və "Serro" komandalarında oynayıb.
L.Tağıyeva



