|
|
|
|

İnterpol Ukrayna Təhlükəsizlik Xidmətinin sabiq generalı Andrey Naumovu beynəlxalq axtarışa verib.
525.az xəbər verir ki, bu barədə “Zerkalo nedeli” nəşri məlumat yayıb.
Keçmiş məmur 2019-2021-ci illər arasında dövlət vəzifəsində çalışarkən 3,2 milyon qrivin məbləğində dələduzluqda şübhəli bilinir.
“Ukrayna Təhlükəsizlik Xidmətinin sabiq generalı 7 iyun 2022-ci ildə Serbiyadan Şimali Makedoniyaya keçərkən saxlanılıb. Naumovun yer aldığı nəqliyyat vasitəsində 592 min ABŞ dolları, 120 min avro və iki qiymətli daş aşkarlanmışdı”, - deyə nəşr yazır.
Lakin Serbiya məhkəməsi Andrey Naumovun Ukraynaya ekstradisiyasından imtina etmişdi. Məhkəmə bu addımı keçmiş generala qarşı cinayət işinin siyasi motivlərlə bağlı olmaq ehtimalı ilə əsaslandırmışdı.
İbrahim Cəfərov



