|
|
|
|

İsrailin Hayfa Universitetinin muzeyini ziyarətə gələn ailənin dörd yaşlı uşağı təsadüfən tunc dövrünə aid küpü sındırıb.
525.az xəbər verir ki, bu barədə “The Independent” nəşri məlumat yayıb. Qeyd olunub ki, uşaq küpü dartıb, nəticədə qoruyucu şüşə ilə örtülməyən 3,5 min illik eksponat yerə düşüb və bir neçə hissəyə parçalanıb. Küp eramızdan əvvəl 2200-1500-cü illərə aiddir.
Uşağın atası Aleks oğlunu sındırılmış eksponatın yanında görəndə şoka düşdüyünü deyib. Bundan sonra uşağı sakitləşdirib və hadisə barədə mühafizəçiyə məlumat verib.
Muzeydən bildirilib ki, eksponat qəsdən sındırılmayıb, buna görə də polis cəlb edilməyəcək. Uşaq və onun valideynləri ekskursiya üçün sərgiyə qayıtmağa dəvət edilib.
Muzey rəhbərliyi sınmış küpün bərpası üçün mütəxəssisə müraciət edib və tezliklə öz yerinə qaytarılacağı gözlənilir.
Muzeyin baş direktoru doktor İnbal Rivlin sözlərinə görə, muzey arxeoloji tapıntıları ictimaiyyət üçün daha əlçatan etmək üçün maneələr və ya şüşə divarlar olmadan eksponatların nümayiş etdirilməsində xüsusi cazibə olduğunu düşünür.
Nadir küp Bibliya padşahları Davud və Süleymanın dövrünə aiddir və Aralıq dənizi sahilindəki Hanan bölgəsinə xasdır. Şərab və zeytun yağının saxlanması və daşınması üçün nəzərdə tutulub.
Pərvanə Sultanova



