|
|
|
|

Amerikanın Pensilvaniya ştatındakı sursat zavodu Ukrayna Silahlı Qüvvələrini təchiz etmək üçün artilleriya mərmilərinin istehsalını 50% artırıb.
525.az xəbər verir ki, bu barədə “Milltary” portal məlumat yayıb.
“Scranton zavodu yaxınlıqdakı digər iki zavodla birlikdə istehsalı ayda 24 min mərmidən 36 min mərmiyədək artırıb”, - xəbərdə deyilir.
Qeyd edək ki, bir müddət əvvəl ABŞ prezidentliyinə namizəd Donald Tramp Ağ Evin hazırkı rəhbəri Co Baydeni bütün silah-sursatları Ukraynaya göndərdiyi üçün Birləşmiş Ştatları sursatsız qoymaqda ittiham edib.
Pərvanə Sultanova



