|
|
|
|

Əfqanıstan ölkə səmasının təhlükəsizliyini təmin etmək üçün Rusiyadan hava hücumundan müdafiə sistemləri almağı planlaşdırır.
525.az xəbər verir ki, bunu Taliban hökumətində Müdafiə Nazirliyinin rəsmisi, general Seyid Əbdül Bəsir Saberi deyib.
“Düşünürəm ki, bizə hava hücumundan müdafiə və hava məkanına nəzarət imkanları lazımdır. Yerüstü avadanlıqlarımız var”, - o bildirib.
Əfqan general əlavə edib ki, gələcəkdə hava hücumundan müdafiəni təmin edəcək Rusiya istehsalı olan texnikanın alınması planlaşdırılır. Rusiya bu cür hərbi texnikaya görə dünyada lider ölkədir.
Digər məsələlərlə yanaşı, o, terrorizmlə mübarizə kontekstində Əfqanıstan dövlət sərhədinin təhlükəsizliyinin təmin olunduğunu, ABŞ-dan qalan silah və texnikadan sərhədləri qorumaq üçün istifadə olunduğunu bildirib.
Bundan əvvəl Taliban ölkələr arasında əməkdaşlıq potensialını araşdırmaq üçün Rusiyaya nümayəndə heyətlərinin mübadiləsini təklif edib.
Pərvanə Sultanova



