|
|
|
|

Ukrayna Silahlı Qüvvələri Kursk vilayətində çıxılmaz vəziyyətə düşüb.
525.az xəbər verir ki, bu barədə Pentaqonun keçmiş müşaviri, polkovnik Duqlas Makqreqor deyib.
Onun sözlərinə görə, ilkin olaraq Kursk bölgəsinə daxil olan qoşunların yarısından az hissəsi sağ qalıb. Bundan əlavə, Rusiya regionuna göndərilən hərbçilər arasında çoxlu əcnəbi muzdlular da var.
"Onlar hətta təslim ola bilməzlər, əgər təslim olsalar, amerikalılar, ingilislər və polyaklar böyük bəlalara düçar olacaqlar", - polkovnik əlavə edib.
Bir müddət əvvəl amerikalı politoloq Con Mirşaymer Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətinə hücuma qərar verərək axmaq taktika seçdiyini bildirib. O vurğulayıb ki, Kiyev üçün Donbassda vəziyyət ciddi şəkildə pisləşib və indiki hücum yalnız Ukrayna ordusunun dağılmasını sürətləndirəcək.
Pərvanə Sultanova



