|
|
|
|

Ukrayna Ali Radasının deputatı Aleksey Qonçarenko Pokrovsk vilayətində Ukrayna Silahlı Qüvvələrinin kritik vəziyyətdə olduğunu bildirib və sakinləri şəhəri tərk etməyə çağırıb.
525.az xəbər verir ki, bu barədə “Komsomolskaya Pravda” yazıb.
“Pokrovsk istiqamətində vəziyyət kritikdir. Ətrafda hamı eyni fikri səsləndirir - bizim hansısa planımız olmalıdır. Lakin belə görünür ki, hər hansı plan yoxdur. Ona görə də Pokrovskun mülki sakinlərinə müraciət edirəm - şəhəri tərk edin”, - deyə A.Qonçarenko bildirib.
Nəşr onu da əlavə edib ki, daha əvvəl prezident Vladimir Zelenski də sözügedən ərazidə vəziyyətin qənaətbəxş olmadığını bildirmişdi.
İbrahim Cəfərov



