|
|
|
|

“Titanik” gəmisinin sağ qalan sərnişinlərindən birinin malikanəsi 9,5 milyon dollara hərraca çıxarılıb.
525.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” nəşri məlumat yayıb.
Nyu-Hempşirdə Squam gölü yaxınlığındakı təpədə yerləşən ev 1899-cu ildə broker Riçard Bekvit tərəfindən tikilib. Onda tikinti amerikalıya 27 milyon dollara başa gəlib. Ev sahiblərinin sözlərinə görə, bütün bu illər ərzində mülkün görünüşü demək olar ki, dəyişməyib.
Evin sahəsi 520 kvadratmetrdir, torpaq sahəsinin özü isə 300 metr sahil xətti ilə birlikdə 1,5 hektardır. Obyektin mərkəzi istilik sistemi ve interneti yoxdur. Eyni zamanda, üç kamin, bir buz anbarı və şəxsi nasos stansiyası saxlayır.
Qeyd edək ki, "Titanik" gəmisinin Atlantik okeanda aysberqlə toqquşaraq batması nəticəsində göyərtədə olan 2224 sərnişin və ekipaj üzvündən 1513-ü həlak olub. 66 min ton ağırlığında olan gəminin inşasına 1909-cu il martın 31-də Şimali İrlandiyanın paytaxtı Belfastda başlayıb, 1911-cii l mayın 31-də isə gəmi istismara verilib. "Titanik" 1912-ci il aprelin 10-da ilk və son səfərinə yola düşüb.
İngiltərənin Sauthempton limanından Nyu-Yorka yola düşən “Titanik” yolda iki dəfə dayanıb - Fransanın Şerbur və İrlandiyanın Kov limanlarında. Aprelin 14-ü saat 23:40-da “Titanik” aysberqlə toqquşub və 2 saat 40 dəqiqədən sonra batıb. Gəminin batmasına hava şəraiti, texniki nasazlıq, ekipajın diqqətsizliyi və qeyri-peşəkarlığı kimi çoxsaylı səbəblər göstərilir.
Pərvanə Sultanova



