|
|
|
|

Yunanıstanda 2024-cü ildə yanğınların sayının ötən illə müqayisədə 50 faiz artdığı açıqlanıb.
525.az xarici mediaya istinadən xəbər verir ki, Yunanıstanın iqlim böhranı və mülki müdafiə naziri Vasilis Kikilias qatıldığı radio proqramında ölkədəki yanğınlarla bağlı açıqlamalar verib.
2024-cü ildə ölkə daxilində yanğınların sayının keçən ilə nisbətən 50 faiz artdığını deyən Kikilias, yanğın qruplarının ilin əvvəlindən bu yana 4 min yanğınla mübarizə apardığını bildirib.
Yanğınların sayının artmasının birbaşa iqlim dəyişikliyinin nəticəsi olduğunu müdafiə edən Kikilias, yanğınlarla daha tez və effektiv mübarizə aparmaq üçün mühüm islahatların edildiyini açıqlayıb.
Qeyd edək ki, Yunanıstanda avqustun 11-də Afina yaxınlığındakı Varnavasda başlayan və ilin ən böyük fəlakəti sayılan yanğında 1 nəfər ölüb, 146 ev yararsız hala düşüb.
Malik Atilay



