|
|
|
|

Amerika tərəfi F-16 təyyarəsinin vurulması ilə bağlı Ukraynanın apardığı təhqiqata qoşulub.
525.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin komandanı Nikolay Oleşçuk Teleqramda yazıb.
Onun sözlərinə görə, ABŞ-dan olan tərəfdaşlar ilkin hesabatı alıblar və artıq səbəblərin araşdırılmasına qoşulublar. Əlavə edib ki, hərbçilər F-16-nın vurulması ilə bağlı heç nə gizlətmirlər və qırıcının itirilməsi barədə dərhal ölkənin ali rəhbərliyinə məlumat verilib.
Hadisə nəticəsində təyyarənin pilotu Aleksey Mes həlak olub. O, F-16-nı idarə etmək üçün təlim keçmiş azsaylı ukraynalı pilotlardan biri idi.
Pərvanə Sultanova



