|
|
|
|

Amerikalı milyarder İlon Maskın "Starlink Holding" kompaniyasının Braziliyadakı hesabları dondurulub.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, buna səbəb kompaniyanın ölkədə hüquqi nümayəndəsinin olmamasıdır.
İlon Mask qərarı aqressiv qarşılayıb. O "X" hesabında Braziliya Ali Məhkəməsinin hakimi Aleşandr Moraesi tiran, ölkə prezidenti Luis İnasiu Lulu da Silvanı isə onun qulluqçusu adlandırıb.
Qeyd edək ki, bu, İlon Maskın son günlər üzləşdiyi ikinci neqativ haldır. Bir neçə gün əvvəl Fransanın keçmiş prezidenti Fransua Olland milyarderi şeytan adlandırmışdı.
L.Tağıyeva



