|
|
|
|

Braziliyanın Uttar-Pradeş ştatının Baxrayç və ətraf kəndlərin sakinləri artıq xeyli vaxtdır ki, canavarların hücumuna məruz qalır.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, indiyə kimi yırtıcılar 9 nəfəri öldürüb, 50-dən çox insan isə xəstəxanaya yerləşdirilib.
Ölənlərin əksəriyyəti 1-8 yaşlı uşaqlardır. Ölüm faktlarının 7-i təkcə son aylara təsadüf edir.
Qhaqra çayının sahilində yerləşən 30-a yaxın kəndin sakinləri 2 aya yaxındır ki, gecələr yatmırlar, hava qaraldıqdan sonra dəmir, taxta parçaları, məşəl və başqa alətlərlə "silahlanaraq" ailələrini canavarın hücumundan qorumağa çalışırlar. Təkcə gecələr deyil, gündüzlər də insanların əksəriyyəti bayıra çıxmır. Bunun nəticəsində uşaqların əksəriyyəti məktəbə gedə bilmir.
Qeyd edək ki, yerli adminstrasiya təhlükəsizlik məqsədilə müəyyən işlər görüb. Videogörüntülərlə sürünün 6 canavardan ibarət olduğu müəyyənləşib. Artıq, 4 canavar öldürülüb. 2 canavar isə hələ də "öz işindədir"
L.Tağıyeva



