|
|
|
|

Əfqanıstanın şimal-şərqindəki Bədəxşan əyalətində 5,4 bal gücündə zəlzələ baş verib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ Geoloji Xidməti (USGS) yerli vaxtla saat 10.26-da qeydə alınan 5,4 bal gücündə zəlzələnin episentrinin Bədəxşanın Eşkaşım rayonu olduğunu açıqlayıb.
Yerin 224 kilometr dərinliyində baş verdiyi açıqlanan zəlzələnin dağıntılara səbəb olub-olmadığı ilə bağlı hələlik açıqlama verilməyib.
Zəlzələ paytaxt Kabildə və Əfqanıstanın şimal əyalətlərində, qonşu Tacikistan və Pakistanda da hiss olunub.
Qeyd edək ki, Əfqanıstanın şimal-şərqindəki Hindukuş dağlarında yerləşən Bədəxşanda zəlzələlər tez-tez baş verir.
Malik Atilay



