|
|
|
|

Polşa və Ukrayna ilə həmsərhəd olan digər ölkələr Rusiya raketlərini öz hava məkanlarına daxil olmazdan əvvəl vurmalıdırlar.
525.az xəbər verir ki, bunu Polşanın xarici işlər naziri Radoslav Sikorski “Financial Times” nəşrinə deyib.
Onun sözlərinə görə, Ukrayna səmasında müdaxilələrin NATO-nu Rusiya ilə müharibəyə sürükləyə bilməsi təhdidinə baxmayaraq, Varşava öz vətəndaşlarının təhlükəsizliyini təmin etməyə borcludur.
“NATO-ya üzvlük ölkələri öz hava məkanını qorumaq məsuliyyətindən azad etmir, bu, bizim Konstitusiya öhdəliyimizdir. Şəxsən mən hesab edirəm ki, düşmən raketləri ərazimizə yönəlibsə, onları tutmaq əsaslandırılmış özünümüdafiə aktıdır, çünki onlar hava məkanımızı keçdikdə kiməsə zərər vurma riski xeyli artır”, - nazir əlavə edib.
Nəşr xatırladıb ki, Polşa bu ilin yayında Ukrayna ilə ikitərəfli təhlükəsizlik sazişi imzalayıb və bu sazişdə hər iki ölkə Ukrayna hava məkanında Polşaya yönəlmiş raket və pilotsuz təyyarələrin tutulması və vurulması imkanlarını araşdırmaq öhdəliyi götürüblər.
Lakin NATO-nun səlahiyyət müddətini başa çatmaqda olan baş katibi Yens Stoltenberq təşəbbüsü rədd edərək, bunun NATO-nun münaqişənin bir hissəsinə çevrilməsinə səbəb ola biləcəyini deyib.
Pərvanə Sultanova



