|
|
|
|

"Delta Airlines” sərnişini Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizəd Donald Trampın təsviri olan köynəyinə görə təyyarədən qovub.
525.az xəbər verir ki, bu barədə “The New York Post” nəşri məlumat yayıb.
Hadisənin şənbə günü, avqustun 31-də ABŞ-ın Florida ştatının Sarasota-Bradenton beynəlxalq hava limanında baş verdiyi bildirilir. Sərnişin üzərində Trampın əks olan qara köynək geyinib. O deyib ki, köynəyinə görə təyyarədən qovulub.
Qeyd edək ki, davranışı, geyimi və ya qoxusu digər sərnişinləri narahat etdiyi halda “Delta Airlines” sərnişini uçuşdan uzaqlaşdıra bilər. Nəşrin yazdığına görə, əvvəllər də belə hallar baş verib.
Pərvanə Sultanova



