|
|
|
|

Parisdə həbs olunan, daha sonra 5 milyon avro qarşılığında sərbəst buraxılan teleqramın həmtəsisçisi Pavel Durovun sözügedən məbləği necə ödəyəcəyi məlum olub.
525.az xəbər verir ki, bu barədə “RİA Novosti”yə Paris məhkəməsindən bildirilib.
Qeyd olunub ki, Durov 5 milyon avronu birdəfəyə deyil, hissə-hissə ödəyəcək. O, artıq sözügedən məbləğin bir hissəsini ödəyib. Lakin konkret olaraq hansı məbləğdə ödəniş edildiyi açıqlanmayıb.
Xatırladaq ki, Pavel Durov avqustun 24-də Fransanın "Le Burje" hava limanında saxlanılıb. Durovun adı bir sıra cinayətlərdə, o cümlədən, terrorizm, narkotik qaçaqmalçılığı, fırıldaqçılıq, çirkli pulların yuyulması, oğurlanmış malların idarə edilməsində hallanır.
Daha sonra məhkəmə 5 milyon avroluq girov ödəmək, həftədə iki dəfə polis bölməsinə məlumat vermək öhdəliyi ilə Pavel Durovu sərbəst buraxıb. Ona Fransa ərazisini tərk etmək qadağan edilib.
İbrahim Cəfərov



