|
|
|
|

ABŞ-nin Neşvill şəhərində atışma baş verib.
525.az xəbər verir ki, bu barədə yerli “WSMV 4” kanalı məlumat yayıb.
Qeyd olunur ki, insident Antiok rayonundakı “SkyBar & Lounge” gecə klubunun qarşısında baş verib. Naməlum şəxsin açdığı atəş nəticəsində yaralananlar olub.
“Bir nəfər təcili tibbi yardım maşını ilə xəstəxanaya çatdırılıb. Digər 5 nəfərin yaraları ciddi olmağı üçün onlar şəxsi avtomobillərlə xəstəxanaya gətiriliblər”, - deyə məlumatda qeyd olunub.
Əlavə edilib ki, yaralıların heç birinin həyati təhlükəsi yoxdur.
Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları nəzarət kameraları vasitəsi ilə şübhəli şəxsin kimliyini dəqiqləşdirməyə çalışırlar.
İbrahim Cəfərov



