|
|
|
|

Hindistanın Andhra Pradeş və Telanqana ştatlarında davam edən leysan yağışları nəticəsində 10 nəfər həyatını itirib.
525.az NDTV televiziyasına istinadən xəbər verir ki, Andhra Pradeş və Telanganada son 2 gündə yağan güclü yağışlar həyata mənfi təsir edib.
Andhra Pradeş ştatının Vicayavada rayonundakı Ambapuram, Nainavaram, Nunna və Pathapadu kəndləri tamamilə su altında qalıb.
Səlahiyyətlilər bu kəndlərdə yaşayan insanların xilas edilməsi və təhlükəsiz ərazilərə köçürülməsi üçün axtarış-xilasetmə əməliyyatına başlayıb.
Andhra Pradeş Daxili İşlər Naziri Vanqalapudi Anitha verdiyi açıqlamada, "İndiyə qədər leysan yağışlar səbəbindən 9 nəfər həyatını itirib. Komandalarımız 600 nəfəri qapalı qaldıqları yerlərdən xilas edib" deyib.
Anitha bildirib ki, 5 rayonda 294 kənddən 13 min 227 nəfər təxliyə edilib.
Qeyd edək ki, Andhra Pradeş ştatının NTR bölgəsində daşqınlar səbəbindən qatarların hərəkəti dayandırılarkən, bir çox sərnişin müxtəlif stansiyalarda qapalı qalıb.
Malik Atilay



