|
|
|
|

ABŞ-nin Missisipi ştatında sərnişin avtobusunun yoldan çıxaraq aşması nəticəsində 7 nəfər ölüb, 37 nəfər yaralanıb.
525.az xarici KİV-ə istinadən bildirir ki, ABŞ-nin Missisipi ştatının Viksburq şəhərində magistral yolda hərəkət edən avtobus yoldan çıxaraq aşıb.
Qəza nəticəsində ikisi uşaq olmaqla 7 nəfər ölüb, 37 nəfər yaralanıb.
Malik Atilay



