|
|
|
|

Pakistanın bəzi əyalətlərində leysan yağışları və daşqınlar nəticəsində son 24 saat ərzində ən azı 20 nəfər həyatını itirib.
525.az xarici mediaya əsasən xəbər verir ki, Pakistan Milli Fəlakət İdarəsi (NDMA) tərəfindən verilən açıqlamada musson yağışlarının Bəlucistan, Pəncab, Sind, Azad Kəşmir və Hayber Paxtunxva əyalətlərində təsirli olduğu bildirilib.
Həddindən artıq yağış və daşqınlar nəticəsində son 24 saatda ən azı 20 nəfərin öldüyü, 47 nəfərin yaralandığı qeyd edilib.
Açıqlamada yüzlərlə kəndin su altında qaldığına diqqət çəkilərək, xüsusilə Sind əyalətinin sahil bölgələrində daha çox yağışın gözlənildiyi barədə xəbərdarlıq edilib.
Malik Atilay



