|
|
|
|

Avstraliyanın Qərbi Avstraliya əyalətinin ən şimal hissəsi olan Kimberli bölgəsində termometrlər 41,6 dərəcəni göstərərək ölkə tarixində qış temperaturu rekordu qırıb.
525.az xarici KİV-ə istinadən bildirir ki, Avstraliya Yayım Korporasiyasının (ABC) xəbərinə görə, ölkənin Kimberley bölgəsindəki bir meteoroloji stansiyada temperaturlarla bağlı verdiyi açıqlamada bölgədəki termometrlərin 41,6 dərəcə göstərdiyi bildirilib.
Avstraliya Meteorologiya Bürosunun (BOM) müvəqqəti olaraq təsdiq etdiyi məlumat sabah veriləcək açıqlama ilə yekunlaşarsa, ölkədə indiyədək qış temperaturu rekordu qırılacaq.
İsti dalğanın Avstraliyanın şərq bölgələrinə doğru getdiyini bildirən səlahiyyətlilər, oxşar temperatur rekordlarının Kvinslend və Yeni Cənubi Uels əyalətlərində də yaşana biləcəyini vurğulayıblar.
Qeyd edək ki, əvvəlki rekord 41,2 dərəcə ilə 23 avqust 2020-ci ildə Qərbi Avstraliya əyalətində yenilənmişdi.
Malik Atilay



