|
|
|
|

İsrail ordusu son 24 saatda 48 fələstinlini qətlə yetirib.
525.az “TRT Haber”ə istinadən xəbər verir ki, İsrail ordusunun son 24 saat ərzində Qəzza zolağında həyata keçirdiyi hücumlarda 48 nəfər ölüb, 70 nəfər yaralanıb.
Fələstin Səhiyyə Nazirliyi açıqlamasında İsrailin Qəzza zolağına 332 gündür hücumlarının davam etdiyini bildirib.
Qeyd olunub ki, İsrailin 7 oktyabr 2023-cü ildən etibarən Qəzza zolağına təşkil etdiyi hücumlarda ölənlərin sayı 40 min 786-ya, yaralıların sayı isə 94 min 224-ə yüksəlib.
Ləman İlkin



