|
|
|
|

Yəmən sahillərində ticarət gəmisinə hücum edilib.
525.az “HABER GLOBAL”a istinadən xəbər verir ki, İngiltərə Dəniz Agentliyi Yəmənin Hudeyda şəhərinin Salif bölgəsi sahillərində ticarət gəmisinə hücum edildiyini açıqlayıb.
İngiltərə Dəniz Agentliyindən verilən yazılı açıqlamada Yəmənin Salif bölgəsinin 70 dəniz mili şimal-qərbində baş verən hadisə ilə bağlı xəbər aldıqları bildirilib.
Açıqlamada vurğulanıb ki, Qırmızı dənizdə adı açıqlanmayan ticarət gəmisinə iki top atılıb. Üçüncü partlayışın gəminin yaxınlığında baş verdiyi bildirilib. Hadisə nəticəsində gəmidə can itkisinin olmadığı və gəminin növbəti limana doğru yoluna davam etdiyi qeyd edilib.
Ləman İlkin



