|
|
|
|

Dəmir pul vahidi olan kopeykanı şaq əvəz edəcək.
525.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, Ukrayna Milli Bankının sədri Andrey Pışnıy bu təkliflə çıxış edib.
Onun sözlərinə görə, bunun üçün qanunvericiliyə müəyyən dəyişikliklər edilməlidir. Milli Bank əvvəlcə 50 şaq dəyərində dəmir pulun dizaynını hazırlamağı planlaşdırır. Daha sonra monetlər dövriyyəyə buraxılacaq və bir müddət kopeyka ilə paralel istifadədə olacaq.
Yeri gəlmişkən, 100 kopeyka kağız pul olan 1 qrivnaya bərabərdir.
Qeyd edək ki, şaq Ukraynanın qədim pul vahididir və 17-ci əsrdə Ukraynada, həmçinin, Rusiyada vətəndaş müharibəsi dövründə dövriyyədə olub.
L.Tağıyeva



