|
|
|
|

Avstriyanın Genserndorf-Zyud rayonunda meşə yanğınları davam edir.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, yanğın arealının yaxınlığında yerləşən 20-ə yaxın evin əhalisi evakuasiya olunub. Yanğın Genserndorf-Zyudun yaşayış məntəqələrinə yaxınlaşsa da, nəzarətə götürmək mümkün olub.
Hazırda ərazidə 51 xüsusi texnika və 230 yanğınsöndürən yanğınla mübarizə aparır.
Qeyd edək ki, düzənlikdə başlayan və sonradan meşə massivinə keçən alov 15 hektar ərazini ağuşuna alıb.
L.Tağıyeva



