|
|
|
|

Tayvan adasının şərq sahillərində 5,5 bal gücündə zəlzələ baş verib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, zəlzələ Hualien əyalətində qeydə alınıb. Zəlzələnin episentri sahil zolağına düşüb. Yeraltı təkanlar 23,9 kilometr dərinlikdə qeydə alınıb.
Dağıntılar və insan itkisi barədə məlumat yoxdur.
Qeyd edək ki, Hualien Tayvanın seysmik cəhətdən ən aktiv bölgəsidir. Sonuncu dəfə burada zəlzələ cəmi yarım ay əvvəl baş verib. Zəlzələnin episentri Hualien şəhərindən 27 km aralı, 15 km dərinliyə düşmüşdü.
L.Tağıyeva



