|
|
|
|

Bəhreyn hökuməti Rusiya Prezidenti Vladimir Putini səfərə dəvət edib.
525.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Bəhreynin Rusiyadakı səfiri Ahmed Al-Saati bildirib.
“Hökumətimiz Rusiya Federasiyasının Prezidenti cənab Vladimir Putinə dəvət göndərib və indi biz onun cavabını və ölkəmizə səfərini gözləyirik”, - deyə səfir qeyd edib.
Ahmed Al-Saati Bəhreyn kralı Hamad ben İs Al Xalifanın Rusiyaya səfəri zamanı iki ölkə prezidentlərinin səmərəli danışıqlar apardığını da vurğulayıb.
Xatırladaq ki, Bəhreyn və Rusiya dövlət başçıları son dəfə mayda Moskvada görüşüblər.
İbrahim Cəfərov



