|
|
|
|

İsrail Qəzza zolağından girovların azad edilməsi üçün Rusiyaya müraciət edib.
525.az xəbər verir ki, bu barədə “Bloomberg” yazıb.
Agentliyin məlumatına görə, İsrailin Baş naziri Benyamin Netanyahu HƏMAS ilə dialoqda yavaş irəliləyiş fonunda bu addımı atıb. Xatırladaq ki, HƏMAS-la danışıqlar ABŞ, Qətər və Misirin iştirakı ilə keçirilir.
Kreml isə mütəmadi olaraq Rusiya vətəndaşlığı olan girovların taleyi ilə bağlı Fələstin hərəkatı ilə əlaqədədir.
Jurnalistlər qeyd edirlər ki, İsrail hazırda böyük böhranla üz-üzədir. Altı girovun ölü tapılmasından sonra müxalifət İsrailin Baş naziri Netanyahunu hərəkətsizlikdə ittiham etməyə başlayıb.
Xatırladaq ki, daha əvvəl Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova bəyan edib ki, Rusiya Yaxın Şərqdə vəziyyətin pisləşməsinə səbəb olan hərəkətlərdən imtinanın tərəfdarıdır.
İbrahim Cəfərov



