|
|
|
|

ABŞ hökuməti Venesuelanın prezidenti Nikolas Maduro ilə əlaqəli olan 15 şəxsə qarşı sanksiyalar hazırlayır.
525.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.
Qeyd olunub ki, sanksiya tətbiq olunması nəzərdə tutulan şəxslər Venesuelada azad və ədalətli prezident seçkilərinin keçirilməsinə müdaxilə ediblər. ABŞ-nin hədəf aldığı şəxslər arasında seçki orqanlarının əməkdaşları, ölkə kəşfiyyatının üzvləri və məhkəmə məmurları var.
Xatırladaq ki, dünən Venesuela Prezidenti Nikolas Maduronun istifadə etdiyi təyyarə Dominikan Respublikasında saxlanılaraq ABŞ-nin Florida ştatına göndərilib.
Venesuela Xarici İşlər Nazirliyi isə bununla bağlı bəyanat yayaraq
Maduronun təyyarəsinin ələ keçirilməsini piratlıq aktı adlandırıb.
İbrahim Cəfərov



