|
|
|
|

Britaniyanın Atlantik okeanında batmış transatlantik gəmisi "Titanik" yaxın illərdə bakteriyalar tərəfindən tamamilə məhv edilə bilər.
525.az xəbər verir ki, bu barədə “The Sun” nəşri məlumat yayıb. Bu yaxınlarda qəza yerinə baş çəkən yeni ekspedisiya gəminin gözlənildiyindən daha tez dağıldığını aşkar edib.
Baş verənlər əvvəllər kəşf edilmiş “Halomonas titanicae” bakteriyası ilə bağlıdır ki, bu bakteriya 2030-cu ilə qədər “Titanik”i tamamilə məhv edə bilər.
Bir neçə gün əvvəl məlum olub ki, “Titanik”in 15 futluq metal məhəccərləri məhv olub. 3D skanı göstərib ki, burun tərəfinin bir hissəsi tamamilə dəniz dibinə çöküb. Bu, gəminin dəniz mühitinin təsiri altında xarab olmağa davam etdiyini göstərir.
1912-ci il aprelin 15-nə keçən gecə ilk səyahəti zamanı “Titanik” aysberqlə toqquşub və Atlantik okeanında batıb. 3750 metr dərinlikdə yerləşən gəminin qalıqlarını 1985-ci ildə Robert Ballardın ekspedisiyası aşkar edib.
Pərvanə Sultanova



