|
|
|
|

ABŞ-nin Kaliforniya ştatında qara puma 5 yaşlı uşağa hücum edib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Santa-Monika dağlarında yerləşən Malibu-Steyt-Krik parkının ərazisində baş verib.
Parkın turistlər üçün nəzərdə tutulan ərazisində bir neçə ailə istirahət etdiyi vaxt kolluqdan çıxan puma oynayan uşaqlara hücum edib. Vəhşi pişiyin şikarı Vudlend-Hillz ailəsinin övladı olub.
Böyüklərin vaxtında müdaxiləsindən sonra puma uşağı buraxaraq qaçıb. Körpə təcili olaraq helikopterlə Nortric şəhər xəstəxanasına çatdırılıb və müayinədən sonra ambulator müalicəyə buraxılıb.
Yeri gəlmişkən, şikarsız qalan vəhşi çox da uzağa qaçmayaraq yaxınlıqdakı ağacın başına çıxıb. Əraziyə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları vəhşi təbiətin müdafiəçiləri ilə məsləhətləşdikdən sonra pumanın insanlara təhlükə olduğu qənaətinə gəliblər və onu güllələyiblər.
L.Tağıyeva



