|
|
|
|

Bu gün Ukraynanın 3 naziri istefa ərizəsi yazıb.
525.az xəbər verir ki, bu barədə Ukrayna mətbuatına Ali Radanın spikeri Ruslan Stefançuk bildirib.
İstefa verənlər ədliyyə naziri Denis Malyuska, ekologiya naziri Ruslan Strelets və strateji sahələr üzrə nazir Aleksandr Kamışindir.
Qeyd edək ki, Dövlət Əmlak Fondunun sədri Vitali Koval da istefa verənlərin sırasına qoşulub.
L.Tağıyeva



