|
|
|
|

“Rusiya və Malayziya arasındakı ticarət dövriyyəsi indikindən nəzərəçarpacaq dərəcədə çox ola bilər”.
525.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin Malayziyanın Baş naziri Ənvər İbrahimlə görüşündə deyib.
“Bu gün 2 ölkə arasındakı ticarət dövriyyəsi 3.5 milyard dollar civarındadır. Təbii ki, bu rəqəm bizi qane edə bilməz. Çünki hər iki ölkənin imkanları daha böyükdür”, - deyə Putin əlavə edib.
Daha əvvəl bildirilmişdi ki, son zamanlar Rusiya və Asiya ölkələri arasında ticarət dövriyyəsi xeyli artıb. Belə ki, hazırda Rusiyanın xarici ticarətində Asiya ölkələrinin payı 66 faizə çatıb.
Qeyd edək ki, Rusiya dövlət başçısı bundan öncə Serbiya ilə ticarət dövriyyəsindən də narazılığını ifadə etmişdi. Hətta Putin iki ölkə arasında biznes əlaqələrini genişləndirmək üçün Serbiyanın Baş naziri Aleksandr Vulinomla görüşündə problemi daha ətraflı araşdırmaq və həllini tapmaq üçün hökumətlərarası komissiya yaradılmasını təklif edib.
İbrahim Cəfərov



