Bu ilin Yaponiyada 2023-cü ildən sonra ən isti yay olacağı açıqlanıb.
525.az Kyodo agentliyinə istinadən bildirir ki, Yaponiya Meteorologiya İdarəsi (JMA) 2024-cü ildə ölkədə müşahidə olunacaq ekstremal temperaturlarla bağlı açıqlama verib.
Açıqlamaya görə, bu il 2023-cü ildən sonra müqayisə oluna bilən məlumatların izlənilməyə başladığı 1898-ci ildən bəri rekord həddə çatan ən isti yay olub.
Açıqlamada iyun-avqust aylarında orta temperaturun 1991-2020-ci illər arasında qeydə alınan orta göstəricidən 1,76 dərəcə yüksək olduğu, bu il ölkə üzrə 914 müşahidə nöqtəsindən 144-də yay aylarında rekord temperaturun qeydə alındığı bildirilib.
İsti havanın sentyabrın ortalarına qədər davam edə biləcəyi vurğulanıb və lazım olduqda kondisionerdən istifadə də daxil olmaqla, istilik vurmalarına qarşı ehtiyat tədbirlərinin görülməsi ilə bağlı tövsiyələr verilib.
Malik Atilay