İtaliyada Alp dağlarında göbələk yığarkən itən 89 yaşlı Cüzepina Bardelli 5 gün dağda sağ qalmaq üçün mübarizə aparan yaşlı qadının necə sağ qaldığını oğlu izah edib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, Avropanın ən hündür nöqtəsi kimi tanınan İtaliyada Alp dağlarında azmış 89 yaşlı Cüzepina Bardelli oğlu ilə göbələk yığarkən başqa istiqamətə gedib və bir daha geri qayıtmayıb.
Göbələk yığan zaman diqqəti dağılan yaşlı qadın 20 metr hündürlükdən yıxılaraq 2 qabırğası sınıb.
Təcili xidmət qrupları, axtarış-xilasetmə helikopterləri və pilotsuz uçuş aparatları vasitəsilə axtarışa verilən qadın 5 gündən sonra tapılıb. Bardelli tapılarkən, yıxılaraq qırılan qabırğasının ağciyərini deşdiyi öyrənilib.
Bardellinin oğlu Roberto anasının gölməçələrdə tapdığı yağış suyunu içdiyini, yaşlı qadının gecələr ağacın altında yataraq üstünə otla örtdüyünü hətta tülkü ilə dostluq etdiyini deyib.
Anasını tapdıqda göz yaşlarını saxlaya bilmədiklərini deyən Roberto xəstəxanaya aparılan qadının vəziyyətinin yaxşı olduğunu bildirib.
Axtarış-xilasetmə qrupundan olan yanğınsöndürən Silvio Rizzelli yaşlı qadının otla örtülmüş çuxurda tapdığını bildirib.
Malik Atilay