ABŞ-nin Nyu-York şəhərində Karib Karnavalı festivalı zamanı baş verən silahlı hücumda biri ağır olmaqla 5 nəfər yaralanıb.
525.az xarici mediaya istinadən xəbər verir ki, hücum Bruklin şəhərindəki tədbirin keçirildiyi məkanda baş verib.
Karib dənizi mədəniyyətini qeyd edən festival zamanı bir kişi kütləyə atəş açıb.
Polis yaralılardan birinin vəziyyətinin ağır olduğunu bildirib. Silahlı hücumun səbəbi bəlli olmasa da, hücum edənin 20 yaşlarında bir kişi olduğu açıqlanıb.
Qeyd edək ki, hadisə yerindən qaçan cinayətkar hələ də tutulmayıb.
Malik Atilay