Avstraliyanın Kvinslend ştatında əyləncə parkında pələng öz baxıcısına hücum edib.
525.az xarici KİV-ə əsasən xəbər verir ki, Avstraliyanın Gold Cast şəhərindəki əyləncə parkında pələng baxıcısı dəhşətli anlar yaşayıb.
Pələngin səhər saatlarında baxıcısına hücumu nəticəsində 40 yaşlarında olan baxıcı qolundan və çiynindən xəsarət alıb. Yaralı təcili olaraq xəstəxanaya aparılıb.
Kvinslend Təcili Yardım Xidmətinin əməkdaşı Castin Peyn bildirib ki, zədədən yaranan qanaxmaya əyləncə parkında ilkin müdaxilə edildiyinə görə vəziyyət çox da qorxulu olmayıb.
Park rəsmiləri pələng hücumunu "nadir və gözlənilməz" hadisə kimi qiymətləndiriblər.
Malik Atilay