Ukrayna prezidenti Vladimir Zelenski Rusiya ordusunun Ukraynanın Poltava şəhərinə həyata keçirdiyi raket hücumu nəticəsində ölənlərin sayının 51-ə, yaralıların sayının isə 271-ə yüksəldiyini bildirib.
525.az xarici mediaya istinadən xəbər verir ki, "Telegram" hesabında paylaşdığı video açıqlamada Zelenski Rusiya ordusunun Poltavaya həyata keçirdiyi hava hücumu ilə bağlı son rəqəmləri açıqlayıb.
Əldə olan məlumata görə, hücum nəticəsində ölənlərin sayının 51-ə, yaralıların sayının isə 271-ə yüksəldiyini bildirən Zelenski: "Axtarış-xilasetmə işləri davam edir", - deyib.
Hücumda Rusiya ordusunun iki ballistik raketdən istifadə etdiyini qeyd edən Zelenski hadisə yerində araşdırmalar aparıldığını və araşdırma başlandığını da açıqlayıb.
Malik Atilay