Xüsusilə Pakistanın qərb və cənub bölgələrində təsirli olan musson yağışları nəticəsində 5-i uşaq olmaqla daha 9 nəfər həyatını itirib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, ölkə daxilində həddindən artıq yağış və daşqınlar nəticəsində həyatını itirənlərin sayı artıb.
Dünəndən etibarən Bəlucistan əyalətində 5 uşaq, Xeyber-Paxtunxva əyalətində isə daha 4 nəfər ölüb.
Bəlucistan, Xeyber-Paxtunxva, Sind və Pəncab əyalətlərində həddindən artıq yağışla bağlı xəbərdarlıqlar davam edib.
Pakistan Milli Fəlakət İdarəetmə Qurumunun (NDMA) avqustun 31-də verdiyi açıqlamada, ölkə daxilində son 24 saat ərzində yağan güclü yağışlar nəticəsində ən azı 20 nəfərin həyatını itirdiyi bildirilib.
İyulun 1-dən avqustun 31-dək leysan yağışları və daşqınlar nəticəsində 145-i uşaq olmaqla 285 nəfər ölüb, 529 nəfər xəsarət alıb.
Qeyd edək ki, Pakistanın bir çox şəhərində hər il iyul-sentyabr ayları arasında təsirli olan musson yağışları ölkədə yüzlərlə insanın ölümünə və maddi itkilərə səbəb olur.
Malik Atilay