Fransa ilə İngiltərə arasında La Manş boğazını keçməyə çalışan qeyri-qanuni mühacirləri daşıyan qayıq batıb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, Fransa Dəniz Administrasiyası 50-dən çox qeyri-qanuni immiqrantı daşıyan qayığın ölkənin La Manş Boğazı sahilindəki Bulon-sur-Mer şəhəri sahillərində çevrildiyini açıqlayıb.
İlkin məlumatlarda qəzada aralarında uşaqların da olduğu 10 nəfərin öldüyü, çoxlu sayda mühacirin vəziyyətinin ağır olduğu paylaşılıb.
Batan qayıqdakı qeyri-qanuni mühacirləri xilas etmək üçün bölgəyə xilasedici və sahil mühafizə qrupları göndərilib.
Qeyd edək ki, keçən il təxminən 30 min immiqrant La Manş boğazını keçərək Fransadan İngiltərəyə çatıb. Britaniya və Fransa qeyri-qanuni mühacir axınının qarşısını almaq üçün təhlükəsizlik tədbirlərini gücləndirmək barədə razılığa gəliblər.
Malik Atilay