|
|
|
|

İsveçrə 33 ildən sonra İraqdakı Bağdad səfirliyini yenidən açıb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, Xarici İşlər Nazirliyindən verilən yazılı açıqlamada: "İsveçrə 1991-ci il Körfəz Müharibəsi səbəbiylə əvvəlki nümayəndəliyini bağladıqdan 33 il sonra bu gün İraqdakı səfirliyini yenidən açıb", - deyilib.
Bəyanatda qeyd olunub ki, Federal Şura Bağdad səfirliyini yenidən açmaqla İraqla ikitərəfli əlaqələri gücləndirmək və iqtisadi, təhlükəsizlik və miqrasiya mövzularında əməkdaşlığı dərinləşdirmək istəyir.
Malik Atilay



