|
|
|
|

Yəmənin qərbindəki Hodeyda şəhərində avqust ayından bəri davam edən leysan yağışların səbəb olduğu daşqınlarda həyatını itirənlərin sayı 95-ə yüksəlib.
525.az xarici mediaya istinadən xəbər verir ki, Husilərə bağlı Hodeyda Fövqəladə Komitəsinin verdiyi yazılı açıqlamada şəhərin bəzi rayonlarında leysan yağışların səbəb olduğu seldə boğulma, evlərin uçması və ya ildırım çaxması nəticəsində 11 nəfərin həyatını itirdiyi bildirilib.
Açıqlamada Hodeyda şəhərində avqustun əvvəlindən baş verən daşqınlarda həyatını itirənlərin sayının 95-ə, yaralıların sayının isə 34-ə yüksəldiyi qeyd edilib.
Malik Atilay



